AZ

Şevçenkonun oğlu İngiltərə klubu ilə müqavilə imzaladı

Ukrayna millisinin əfsanəvi futbolçusu Andrey Şevçenkonun oğlu Kristian İngiltərənin “Uotford” klubu ilə peşəkar müqavilə imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Hücumçu 2023-cü ildən “Uotford”un aşağı yaş qruplarından ibarət komandalarında çıxış edib. Ötən mövsüm 11 qol vuran Kristian eyni zamanda 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun komandası ilə “1+1” illik sözləşmə bağlayıb.

Kristianın atası Andrey Şevçenko 2004-cü il “Qızıl top” mükafatının sahibi olub. O, “Dinamo” (Kiyev) və “Milan” (İtaliya) klublarının heyətində ölkə çempionluqları yaşayıb.

phrase_var_article.chosen
20
7
qafqazinfo.az

9phrase_var_article.sources