AZ

Andrey Şevçenkonun oğlu ingilis klubuna keçdi


Ukrayna futbolunun, həmçinin "Milan"ın əfsanələrindən sayılan Andrey Şevçenkonun oğlu Kristian İngiltərənin "Uotford" klubu ilə peşəkar müqavilə imzalayıb. Bu barədə ingilis klubunun rəsmi saytı məlumat yayıb. Hücumçu 2023-cü ildən "Uotford"un müxtəlif gənclər komandalarında çıxış edib. Ötən mövsüm 11 qol vuran Kristian eyni zamanda səkkiz məhsuldar ötürmə ilə yadda qalıb. Müqavilə bir il müddətinə nəzərdə tutulub, üstəlik, bir mövsüm uzadıla bilər.

Mətləb

Seçilən
7
1
baki-xeber.com

9Mənbələr