EN

Tramp Kiyev üçün ilk hərbi kontraktı təsdiqləyib

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, vəsait 2025-ci maliyyə ili üçün Ukrayna üzrə Təhlükəsizlik Təşəbbüsü (USAI) proqramı çərçivəsində ayrılıb. Müqavilənin məbləği kiçik olsa da, bu, Donald Tramp administrasiyasının ikinci prezidentlik dövründə Ukraynaya ilk hərbi yardımıdır. USAI 2022-ci ildən 2024-cü ilə qədər 31 milyard dollardan çox vəsait ayıran Ukraynanın müdafiəsini maliyyələşdirmə proqramıdır. Əvvəllər Rusiyanın Ukraynaya son zərbələrinə cavab vermək üçün Trampın Kiyevə bir neçə milyard dollar dəyərində yeni yardım paketi ayırmağı planlaşdırdığı bildirilirdi.

Xarici silahlar Ukraynada sınaqdan keçiriləcək | VİDEO

Tramp həmçinin Konqresin təsdiqi olmadan Ukraynaya silah göndərmək üçün ilk dəfə olaraq PDA (Presidential Drawdown Authority) hüququndan istifadə edib - təxminən 300 milyon dollar dəyərində paket, “Patriot” raketləri, “HIMARS” üçün “GMLRS” mərmiləri və orta mənzilli raketlər. Xatırladaq ki, iyulun 14-də Tramp NATO ilə Ukraynanın müdafiəsini dəstəkləmək üçün alyans vasitəsilə Kiyevə silah tədarükü barədə razılıq əldə etdiyini açıqlayıb. Bununla belə, NATO-ya üzv olan bəzi Avropa ölkələri öz büdcələri hesabına Ukraynanı Amerika silahları ilə təchiz etmək istəmədiklərini vurğulayırlar. Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
96
50
azvision.az

10Sources