EN

Sabiq deputat vəfat edib

Sabiq deputat Xanhüseyn Kazımlı bu gün vəfat edib.

FED.az xəbər verir ki, bu barədə onun qızı Əsli Kazımova məlumat verib.

Əsli Kazımova qeyd edib ki, atası bu gün Qurdqapısı qəbiristanlığında dəfn ediləcək.

Xanhüseyn Kazımlı 1942-ci il oktyabrın 1-də İmişli rayonunun Ağaməmmədli kəndində doğulub.

Birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub.

1994-2023-cü illərdə Azərbaycan Sosial Rifah Partiyasına sədrlik edib. (Apa)

Chosen
121
7
fed.az

10Sources