Neftçala rayon sakini arvadına və qayınatasına xəsarət yetirib.
"Cebheinfo.az" xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xıllı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Fərid Bağırov qayınatası Hüseyn Əhmədova küçədə, arvadı Əfsanə Bağırovaya isə yaşadığı evdə vintaçanla xəsarətlər yetirib.\
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
"Cebheinfo.az"