AZ

Nefçala sakini arvadına və qayınatasına xəsarət yetirdi

Nefçalada qayınatasına və arvadına xəsarət yetirən şəxs saxlanılıb.

Modern.az Apa-ya istinadən məlumat verir ki, hadisə rayonun Xıllı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini

Fərid Bağırov qayınatası Hüseyn Əhmədova küçədə, arvadı Əfsanə Bağırovaya isə yaşadığı evdə xəsarətlər yetirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan isə bildirilib ki, hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Seçilən
63
6
modern.az

10Mənbələr