AZ

Neftçala sakini arvadına və qayınatasına xəsarət yetirib

Neftçala rayon sakini arvadına və qayınatasına xəsarət yetirib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xıllı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Fərid Bağırov qayınatası Hüseyn Əhmədova küçədə, arvadı Əfsanə Bağırovaya isə yaşadığı evdə xəsarətlər yetirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Seçilən
58
4
apa.az

10Mənbələr