EN

Ağırlıqqaldıranımız Avropa birinciliyində 3 medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Musab Məmmədtağıyev İspaniyanın paytaxtı Madriddə keçirilən U-15 və yeniyetmələr arasında Avropa birinciliyində 2 qızıl, 1 gümüş medal qazanıb.

Apasport.az xəbər verir ki, ikinci yarış günündə Musab Məmmədtağıyev U-15 kateqoriyasında mübarizə aparıb.

56 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdənqaldırma hərəkətində 93 kq nəticə göstərərək qızıl medala sahib olub. Musab təkanlaqaldırma hərəkətində də uğurla çıxış edib. O bu dəfə 109 kq çəkini başı üzərinə qaldıraraq gümüş medala layiq görülüb.

Beləliklə, iki hərəkətin cəmində 202 kq nəticəyə imza atan atletimiz Avropa birinciliyinin qalibi adını qazanıb.

AAF rəsmisi Avropa Ağırlıqqaldırma Federasiyasının Xüsusi Konqresində iştirak edib

Ölkəmizi Avropa Gənclər Paralimpiya Oyunlarında təmsil edəcək idmançılar müəyyənləşib

Azərbaycanı Avropa Gənclər Paralimpiya Oyunlarında təmsil edəcək idmançılarla görüş keçirilib - FOTO

Dünya Kamandan Oxatma Federasiyası Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

İdmançımız Sofiyada qələbə qazanıb

Chosen
56
14
apasport.az

9Sources