EN

Qarabağ Regional Təhsil İdarəsi 308 müəllimi işdən kənarlaşdırıb- EKSKLÜZİV

Bu il ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə sertifikasiya prosesində ümumilikdə 22 383 müəllim iştirak edib.Prosesə kimya, biologiya, fizika, coğrafiya və informatika fənlərini tədris edən müəllimlər ilk dəfə cəlb olunub.  
Eyni zamanda indiyədək sertifikatlaşdırmadan keçməyən ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri sertifiksiyada iştirak ediblər. 
Ümumilikdə  7 318 müəllimin cari ildə keçirilən qiymətləndirmə prosesində uğursuz nəticə göstərərək  əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilmiş 7 318 müəllimin regionlar üzrə statistikası hər kəs üçün maraqlıdır. 
Xatırlayırsınızsa rəsmi açıqlamada ən uğursuz nəticə göstərən ünvan kimi Astara göstərimişdi.

AzEdu.az mövzu ilə bağlı regionlar arasında sorğu keçirib. 

Qarabağ Təhsil İdarəsindən bildirilib ki, bölgə üzrə ümumilikdə 308 müəllimin əmək müqaviləsinə xitam verilib. 

Qeyd edək ki, Qarabağ Təhsil İdarəsinin tabeliyində olan Ağcabədidə 89, Ağdamda 94, Bərdədə 44, Füzulidə 40, Xankəndidə 1, Xocalıda 4, Xocavənddə 4, Şuşada 6, Tərtərdə isə 26  müəllim işdən sertifikasiyadan uğursuz nəticə əldə edərək müəllimlikdən azad olunublar.

Digər regionlardakı müvafiq göstəricilərlə bağlı nəticələr barədə də məlumatları diqqətə çatdıracağıq.

Chosen
121
8
azedu.az

10Sources