EN

Azərbaycanın cüdo millisi EYOF-u 8 medalla tamamlayıb

Bakı. Trend:

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII AvropaGənclər Yay Olimpiya Festivalının (EYOF) cüdo yarışlarınıAzərbaycan millisi 8 medalla tamamlayıb.

Trend CüdoFederasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki,cüdoçulardan son olaraq Sübhan Axundov (+90 kq) fəxri kürsüyəyüksəlib.

O, üçüncü yer uğrunda görüşdə Çexiya təmsilçisi Meliçar Şkodayavaza-ari xalı ilə qalib gələrək bürünc medala yiyələnib.

Azərbaycan millisi yekunda 3 qızıl, 2 gümüş və 3 bürünc medallaümumi komanda hesabında Festivalın cüdo yarışlarının çempionuolub.

Qeyd edək ki, EYOF-2025-də daha əvvəl cüdoçularımızdan GülşənHüseynova (-44 kq), Rza Xəlilli (-50 kq), Rəsul Əlizadə (-55 kq)qızıl, Nuranə Hacızadə (-48 kq), Zeyd Ələsgərov (-60 kq) gümüş,Aysun Məmmədova (-52 kq) və Məhəmməd Ağakişiyev (-73 kq) bürüncmedal qazanıb.

Chosen
244
11
az.trend.az

8Sources