AZ

Cüdo millimiz Avropada birinci oldu

Azərbaycan millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) cüdo yarışlarını 8 medalla tamamlayıb.

Viral.az xəbər verir ki, komandanın heyətində son olaraq Sübhan Axundov (+90 kiloqram) fəxri kürsüyə yüksəlib. Cüdoçumuz üçüncü yer uğrunda görüşdə Çexiya təmsilçisi Meliçar Şkodaya vaza-ari xalı ilə qalib gələrək bürünc medala yiyələnib.

Azərbaycan millisi yekunda 3 qızıl, 2 gümüş və 3 bürünc medalla ümumi komanda hesabında festivalın cüdo yarışlarının çempionu olub.

Son Yazılar:

Turnirdə daha əvvəl cüdoçularımızdan Gülşən Hüseynova (44 kiloqram), Rza Xəlilli (50 kiloqram), Rəsul Əlizadə (55 kiloqram) qızıl, Nuranə Hacızadə (48 kiloqram), Zeyd Ələsgərov (60 kiloqram) gümüş, Aysun Məmmədova (52 kiloqram) və Məhəmməd Ağakişiyev (73 kiloqram) bürünc mükafat qazanıb.

Seçilən
49
11
viral.az

10Mənbələr