AZ

Avropa Gənclər Yay Olimpiya Festivalı: Azərbaycan millisi 8 medalla cüdo yarışlarının çempionu oldu

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) cüdo yarışlarını Azərbaycan millisi 8 medalla tamamlayıb.

Cüdo Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, cüdoçulardan son olaraq Sübhan Axundov (+90 kq) fəxri kürsüyə yüksəlib.

O, üçüncü yer uğrunda görüşdə Çexiya təmsilçisi Meliçar Şkodaya vaza-ari xalı ilə qalib gələrək bürünc medala yiyələnib.

Azərbaycan millisi yekunda 3 qızıl, 2 gümüş və 3 bürünc medalla ümumi komanda hesabında Festivalın cüdo yarışlarının çempionu olub.

Qeyd edək ki, EYOF-2025-də daha əvvəl cüdoçularımızdan Gülşən Hüseynova (-44 kq), Rza Xəlilli (-50 kq), Rəsul Əlizadə (-55 kq) qızıl, Nuranə Hacızadə (-48 kq), Zeyd Ələsgərov (-60 kq) gümüş, Aysun Məmmədova (-52 kq) və Məhəmməd Ağakişiyev (-73 kq) bürünc medal qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
11
oxu.az

10Mənbələr