Göygöldə yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayonun Aşıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı 2003-cü il təvəllüdlü N.Bayramov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.Hadisə yerinə DYP əməkdaşları cəlb edilib..
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov