EN

Kredit götürərkən nələrə diqqət etməliyik? VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Kredit götürərkən vətəndaşların ən çox diqqət yetirməli olduqları məqam kreditin faiz dərəcəsidir". Avtosfer.az xəbər verir ki, bBu barədə Baku TV-yə açıqlamasında iqtisadçı Xalid Kərimli məlumat verib. Onun sözlərinə görə, kredit müqaviləsində həm nominal, həm də effektiv faiz dərəcəsi açıq şəkildə göstərilməlidir:

"Vətəndaş müqavilədə kreditin effektiv faiz dərəcəsini görməlidir. Ola bilər ki, bank kreditin nominal faizini aşağı göstərsin, lakin komissiyalar yüksək olsun və ya bank olmayan kredit təşkilatları bu fəndlərdən istifadə etsin", - deyə iqtisadçı bildirib. Xalid Kərimli əlavə edib ki, Mərkəzi Bankın tələbinə əsasən, təqdim olunan müqavilələrdə effektiv faiz dərəcəsi mütləq qeyd olunmalıdır ki, vətəndaş ümumi öhdəliklərini tam şəkildə dərk edə bilsin: "Vətəndaş həmçinin gecikmə və cərimə faizləri barədə də məlumatlı olmalıdır. Əgər hər hansı səbəbdən ödəniş gecikərsə, nominal faizlə yanaşı, əlavə cərimə faizləri də tətbiq oluna bilər", - deyə o vurğulayıb.

Ətraflı süjetdə:

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
8
avtosfer.az

7Sources