Oxu.az saytına istinadən ain.az xəbər verir.
Bu gün saat 13 radələrində Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, "Ford Transit" avtomobili yolun kənarında dayanan "Niva", daha sonra isə "VAZ-2107" avtomobillərinə dəyib.
Nəticədə VAZ-ın sərnişini, hadisə zamanı nəqliyyat vasitəsinin yanında dayanan 44 yaşlı Rasim Ömərov aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.