Bu gün saat 13 radələrində Şamaxı rayonu ərazisində yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, “Ford Transit” markalı avtomobil yolun kənarında dayanan “Niva”, daha sonra isə “VAZ-2107” markalı avtomobilə çırpılıb.
Nəticədə “VAZ”ın sərnişini, nəqliyyat vasitəsinin yanında dayanan 44 yaşlı Rasim Ömərov hadisə zamanı aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.