AZ

Şamaxıda zəncirvari QƏZA: Ölən var

Bu gün saat 13 radələrində Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, "Ford Transit" avtomobili yolun kənarında dayanan "Niva", daha sonra isə "VAZ-2107" avtomobillərinə dəyib.

Nəticədə VAZ-ın sərnişini, hadisə zamanı nəqliyyat vasitəsinin yanında dayanan 44 yaşlı Rasim Ömərov aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Seçilən
9
3
avtosfer.az

4Mənbələr