EN

Məqsədimiz tezliklə Azərbaycanla sülh sazişini imzalamaqdır - Ermənistan prezidenti

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Sünik (Zəngəzur dəhlizi - red.) sakinlərinə Azərbaycanı onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yolun açılmasının vacibliyindən danışıb.

Unikaıl” news.am-a istinadən xəbər verir ki, o, bunu Sünikdə keçirilən görüşdə bildirib.

"Əgər biz Sünikin qapılarını aça bilsək - 43 kilometrin imkanlarını nəzərdə tuturam, əmin ola bilərsiniz ki, gələcək bizə inkişaf üçün böyük imkanlar təqdim edəcək. Məqsədimiz tezliklə Azərbaycanla sülh sazişini imzalamaqdır", - V.Xaçaturyan vurğulayıb.

Chosen
10
5
unikal.az

10Sources