Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Sünik (Zəngəzur dəhlizi - red.) sakinlərinə Azərbaycanı onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yolun açılmasının vacibliyindən danışıb.
Referans News.am-a istinadla xəbər verir ki, o, bunu Sünikdə keçirilən görüşdə bildirib.
"Əgər biz Sünikin qapılarını aça bilsək - 43 kilometrin imkanlarını nəzərdə tuturam, əmin ola bilərsiniz ki, gələcək bizə inkişaf üçün böyük imkanlar təqdim edəcək. Məqsədimiz tezliklə Azərbaycanla sülh sazişini imzalamaqdır", - Xaçaturyan vurğulayıb./publika.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta