BAKI, 29 iyul. TELEQRAF
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Sünik sakinlərinə Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yolun açılmasının vacibliyindən danışıb.
Teleqraf xəbər verir ki, o, Sünik sakinləri ilə keçirilən görüşdə bildirib.
"Əgər biz Sünikin qapılarını aça bilsək - 43 kilometrin imkanlarını nəzərdə tuturam, əmin ola bilərsiniz ki, gələcək bizə inkişaf üçün böyük imkanlar təqdim edəcək. Məqsədimiz tezliklə Azərbaycanla sülh sazişini imzalamaqdır", - V.Xaçaturyan vurğulayıb.