Bu gün Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən ilk olaraq “Sabah” meydana çıxacaq.
Valdas Dambrauskasın çalışdırdığı komanda Bakıda Moldova təmsilçisi “Petrokub”la qarşılaşacaq. Görüş Masazırdakı "Bank Respublika Arena"da oynanılacaq və saat 20:00-da start götürəcək.
Komandalar arasında Kişinyovda keçirilən ilk oyun "Sabah"ın 2:0 hesablı qələbəsi ilə başa çatdığından təmsilçimizin mərhələ adlamaq şansı daha yüksək qiymətləndirilə bilər.
Cütün qalibi Avropa Liqasının "Levski" (Sofiya, Bolqarıstan) - "Braqa" (Portuqaliya) cütünün məğlubu ilə görüşəcək.
"Sabah”(Azərbaycan) - “Petrokub” (Moldova) 0:0
"Sabah":92. Stas Pokatilov, 80. Akim Zedadka, 40. İqor Noqeyra, 13. İvan Lepinitsa, 3. Stiv Solvet, 70. Cesse Sekidika, 10. Anatoli Nuriyev, 22. Zinədin Uld Xaled, 7. Boyan Letiç, 18. Pavol Safranko (k), 20. Coy Lens Mikels
Baş məşqçi: Valdas Dombrauskas
"Petrokub": 1. Silviu Smalenea, 23. Mixay Lupan, 90. Yon Jardan (k), 44. Cessi Cou, 66. Yon Bors, 11. Sergiu Platiça, 19. Nikolae Rotaru, 39. Teodor Lunqu, 79. Viktor Boqasius, 15. Petru Popesku, 13. Maksim Kojosaru
Baş məşqçi: Şota Maxaradze
Baş hakim Danilo Nikoliç (Serbiya)
Ilk oyun - 2:0
Masazır. "Bank Respublika Arena"