Şəkidə ötən gün dağlıq ərazidə başlayan yanğın söndürülüb.
Referans APA-ya istinadən xəbər verir ki, iyulun 30-u günorta saatlarından başlayaraq rayonun Cumakənd kəndinin inzibati ərazisinin dağlıq hissəsində kol-kos, quru ot və biçilmiş taxıl sahələrindəki yanğın bu gün günorta saatlarında tam söndürülüb.
Yanğın nəticəsində 800 hektar sahədə kol-kos, quru ot və xırda ağaclar, 60 hektar sahədə isə biçilmiş taxıl sahəsi yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
***
Şəkidə bir sıra çöllük ərazilərdə yanğın hadisəsi qeydə alınıb.
Referans APA-ya istinadən xəbər verir ki, bu gün günorta saatlarından rayonun Cumakənd kəndinin inzibati ərazisindəki dağlıq ərazidə, kol-kos, quru ot və biçilmiş taxıl sahələrində yanğın başlayıb.
Artıq 8 saatdır ki, ərazidə yanğın davam edir. Yanğının 100 hektardan çox ərazini əhatə etdiyi bildirilir.
Yanğının söndürülməsinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və 50-dən çox şəxsi heyəti cəlb edilib.