Sloveniya hökuməti İsraillə bağlı yazılı açıqlama yayıb.
Açıqlamada bildirilir ki, Sloveniya baş naziri Robert Qolobun məsləhətindən sonra Sloveniyanın İsrailə silah ixracı və idxalı, eləcə də Sloveniya ərazisindən İsrailə silah tranzitini qadağan etmək qərarı aldığı qeyd edilib.
Açıqlamada vurğulanıb ki, Avropa İttifaqı (Aİ) daxili fikir ayrılıqları və parçalanmalar səbəbindən belə bir qərar verə bilməyib: “Bunun nəticələri utancvericidir. Qəzzada insanlar sistematik olaraq humanitar yardımdan məhrum olduqları üçün ölürlər. Onlar dağıntılar altında, içməli su, qida və tibbi xidmətdən məhrum olaraq ölürlər”.
Açıqlamada eləcə də İsrailin qəsdən humanitar yardımların əldə edilməsinə mane olduğu vurğulanaraq “Belə vəziyyətlərdə məsuliyyət daşıyan hər bir dövlət hərəkətə keçməlidir. Sloveniya beynəlxalq hüququn prinsipial müdafiəsi və insan haqlarının qorunmasının yanındadır" ifadəsi əlavə edilib.