EN

Ukrayna 60 PUA ilə hücum etdi

Rusiya hava hücumundan müdafiə qüvvələri bir gecədə 60 Ukrayna pilotsuz təyyarəsini zərərsizləşdirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 31 PUA Belqorod vilayətinin ərazisi üzərində, 12 PUA Rostov vilayətinin ərazisi üzərində, 5 PUA Krasnodar vilayətinin ərazisi üzərində, 4 PUA Qara dənizin üzərində, 3 PUA Voronej vilayətinin ərazisində, 2 PUA Lipetsk vilayətinin ərazisində, 2 PUA Tula vilayətinin ərazisində, 11 PUA Azov dənizinin suları üzərində məhv edilib.

Chosen
121
4
ucnoqta.az

10Sources