EN

Azərbaycanın dövriyyə olan avrobondlarının həcmi 1,4 mlrd. dollara çatıb

2025-ci il iyulun 1-nə Azərbaycanın xarici dövlət borcu çərçivəsində avrobondlar üzrə öhdəliklərin həcmi 1 milyard 387 milyon ABŞ dolları və ya 2 milyard 358,4 milyon manat təşkil edib.

"APA-Economics" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, avrobondaların ümumi xarici dövlət borcu portfelində çəkisi 27,7%-ə bərabər olub.

Xatırladaq ki, Azərbaycan ilk dəfə avrobond yerləşdirməsini 2014-cü ildə həyata keçirib və sonrakı illərdə bir neçə dəfə beynəlxalq bazarlardan bu üsulla vəsait cəlb edilib. Hazırda ölkənin xarici borc strukturunda avrobondlar ikinci ən böyük komponentdir.

Chosen
49
4
apa.az

5Sources