EN

Mərkəzi Asiyaya elektrik enerjisinin ötürülməsi üzrə AİB və AİİB hər biri 1 milyon dollar vəsait ayırıb - Cavid Abdullayev

Bakı. Trend:

Mərkəzi Asiyaya elektrik enerjisinin ötürülməsi ilə bağlı AİB vəAİİB hər biri 1 milyon dollar olmaqla vəsait ayırıb.

Bu sözləri Trend-ə Energetika Nazirliyi yanında BərpaOlunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru CavidAbdullayev müsahibəsində deyib.

O bildirib ki, Mərkəzi Asiya ilə də elektrik enerjisininötürülməsi ilə bağlı artıq Bakıda birgə müəssisə təsis olunub:"Texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün Asiya İnkişafBankı (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AİİB) hər biri1 milyon dollar olmaqla vəsait hazırlayıb. Bununla da layihənintexniki-iqtisadi əsaslandırmasının nədən ibarət olacağımüəyyənləşdiriləcək. Onun texniki tapşırığı tərəflər arasındarazılaşdırılıb. Bank artıq layihənin necə davam edəcəyi ilə bağlıməsləhətçiləri seçmək üzərində işləyir".

Agentlik rəhbəri vurğulayıb ki, “Deloitte” şirkəti ilə bərpaolunan enerjinin ixarcının biznes modelinin hazırlanması işləriyekunlaşmaq üzrədir: "Bu biznes modeli imkan verəcək ki, ölkəmizdəistehsal olunan bərpa olunan enerjinin Avropada istehlakçıyasatılmasının bu stansiyalara çəkilən xərciqarşılayıb-qarşılamayacağını, iqtisadi səmərəli olub-olmayacağınımüəyyənləşdirək. Təhlillər göstərir ki, ölkəmizdə bərpa olunanenerji üzrə ixrac layihələri müəyyən şərtlər daxilində iqtisadicəhətdən səmərəlidir”.

Chosen
14
1
az.trend.az

2Sources