EN

Böyük Britaniya hökumətinin uğursuz “sığınacaq planı” ölkəyə ziyan vurub

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

London, 1 avqust, AZƏRTAC

Böyük Britaniyada sığınacaq axtaran şəxslərin “RAF Skampton” hərbi bazasında yerləşdirilməsi planının ləğvi bu ölkənin Daxili İşlər Nazirliyinə azı 48 milyon funt-sterlinqə başa gəlib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu barədə məlumat nazirliyin maliyyə hesabatında yer alıb.

Bildirilib ki, layihə Mühafizəkarlar hökumətinin təşəbbüsü ilə başlayıb, lakin Leyboristlər hökuməti planı ləğv edib.

Ümumilikdə planla bağlı 60 milyon funt-sterlinq xərc çəkildiyi, bunun 48,5 milyonunun zərər kimi qeydə alındığı açıqlanıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
2
azertag.az

3Sources