EN

Tramp: Rusiya ilin əvvəlindən Ukrayna ilə müharibədə 112 mindən çox əsgər itirib

Cari ilin əvvəlindən Rusiya Ukrayna ilə müharibədə 112 mindən çox əsgər itirib, Ukrayna isə cəmi 8 minə yaxın əsgərini itirib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Tramp qeyd edib ki, təkcə bu ay Ukrayna ilə müharibədə 20 minə yaxın rus əsgəri ölüb.

“Mənə indicə məlumat verildi ki, bu ay Ukrayna ilə müharibədə 20 minə yaxın rus əsgəri ölüb. İlin əvvəlindən Rusiya 112,5 min əsgərini itirib. Bu, həddindən artıq lazımsız ölümdür! Ukrayna da çox itki verib. 2025-ci il yanvarın 1-dən indiyədək onlar 8 minə yaxın əsgər itiriblər”, - Amerika lideri qeyd edib.

O həmçinin vurğulayıb ki, Rusiya Kiyevə və Ukraynanın digər yaşayış məntəqələrinə raket zərbələri endirməkdə davam etdiyi üçün Ukraynada dinc sakinlər də ölür: “Bu, heç vaxt baş verməməli olan bir müharibədir - bu, Baydenin müharibəsidir, Trampın yox. Mən sadəcə onu dayandıra bilib-bilməyəcəyimi görmək üçün buradayam!”.

Chosen
38
9
ikisahil.az

10Sources