EN

Rusiya Xarkova hücuma keçdi – xəsarət alanlar arasında uşaqlar da var

BAKI, 1 avqust. TELEQRAF

Rus ordusu PUA-larla Xarkova zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, hadisə zamanı 3-ü uşaq olmaqla 10 nəfər yaralanıb. Xəsarət alanlar arasında 5 aylıq körpə də olub.

Zərərçəkənlərdən 5-i xəstəxanaya yerləşdirilib, daha 5 nəfərə isə yerindəcə tibbi yardım göstərilib.

Chosen
48
1
teleqraf.com

2Sources