EN

Rusiyaya qəfil hücum edildi- Ölkədə məhdudiyyətlər yarandı

Ukrayna PUA-ları Novokuybışevskdə müəssisəyə hücum edib.

Paytaxt.org  Ukraynanın pilotsuz uçuş aparatları (PUA) Novokuybışevskdə sənaye müəssisəsinə hücum edib. Bu barədə Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişov öz Telegram kanalında məlumat verib.

"Bu gün səhər saatlarında düşmən PUA-ları Novokuybışevskdə sənaye müəssisələrindən birinə hücum edib. Hadisə yerində fövqəladə xidmətlər işləyir", - Rusiya vilayətinin başçısı yazıb.

Fedorişev əlavə edib ki, Samara vilayətində mobil internetə məhdudiyyətlər var və Kurumoç hava limanı da təyyarələrin gəlişi və gedişi ilə bağlı tədbirlər görüb.

Ukrayna PUA-ları Penzada bir müəssisəyə də hücum edib. İki əməkdaş xəsarət alıb və onlara tibbi yardım göstərilir.Ajans.az

Chosen
8
1
paytaxt.org

2Sources