EN

İşləmək üçün Sebiyaya gedən Lənkəran sakini yüksəklikdən yıxılaraq ölüb

İşləmək
İşləmək üçün Sebiyaya gedən Lənkəran sakini binanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb. 1news.az-ın "Report"a istinadən məlumatına görə, Lənkəran şəhər sakini, 1998-ci il təvəllüdlü Həsən Mənsubov bir müddət əvvəl işləmək üçün Serbiyaya gedib.
Bir neçə gün əvvəl isə o, binanın 7-ci mərtəbəsindən yerə yıxılıb. Xəstəxanaya yerləşdirilən H.Mənsubov dörd gün komada qaldıqdan sonra ölüb. Meyitin Azərbaycana gətirilməsi ilə bağlı hazırlıq görülür.

Qeyd edək ki, H.Mənsubov bodibuildinq ilə məşğul olub.

Chosen
48
10
1news.az

10Sources