EN

Dadaşov oynadı, komandası uduzdu

Almaniyanın Şimal-Şərq Regional Liqasında 2-ci turun oyunları davam edir.

İdmanxeber.az-ın məlumatına görə, millimizin sabiq üzvü Rüfət Dadaşovun formasını geyindiyi “Dinamo Berlin” bu tur evdə “Rot-Vays Erfurt”la qarşılaşıb. 

“Dinamo” matçdan 2:3 hesabı ilə məğlub ayrılıb.

Rüfət də görüşün iştirakçısı olub. 34 yaşlı forvard start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Dinamo” ilk turda da xal qazana bilməmişdi.

Chosen
78
2
idmanxeber.az

3Sources