EN

İşləmək üçün Serbiyaya gedən Lənkəran sakini yüksəklikdən yıxılaraq ölüb » AzadMedia.az


İşləmək üçün Serbiyaya gedən Lənkəran sakini binanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.

Lənkəran şəhər sakini, 1998-ci il təvəllüdlü Həsən Mənsubov bir müddət əvvəl işləmək üçün Serbiyaya gedib.

Bir neçə gün əvvəl isə o, binanın 7-ci mərtəbəsindən yerə yıxılıb. Xəstəxanaya yerləşdirilən H.Mənsubov dörd gün komada qaldıqdan sonra ölüb. Meyitin Azərbaycana gətirilməsi ilə bağlı hazırlıq görülür.

Qeyd edək ki, H.Mənsubov bodibuildinq ilə məşğul olub.("Report")
Chosen
19
9
azadmedia.az

10Sources