EN

52 yaşlı qadını ilan sancdı

Şəmkirdə 52 yaşlı qadını ilan sancıb.

Publika.az xəbər verir ki, hadisə rayonun Sarıtəpə kəndində baş verib.

Kənd sakini, 52 yaşlı R.Hümbətova həyətyanı sahəsində işləyən zaman onu ilan sancıb. Qadın xəstəxanaya yerləşdirilib, ona ilan zəhəri əleyhinə zərdab vurulub.

Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Chosen
23
7
publika.az

9Sources