Şəmkir sakinini ilan sancıb.
Moderator.az-ın xəbərinə görə, hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb.
Kənd sakini 52 yaşlı R.Hümbətova həyətyanı sahəsində işləyən zaman ilan sancıb. O, xəstəxanaya yerləşdirilib, ilan zəhəri əleyhinə zərdab vurulub.
Vəziyyətinin orta ağır olduğu bildirilir.