Şəmkirdə 52 yaşlı qadını ilan sancıb.
Yenisabah.az "Unikal"a istinadən xəbər verir ki, hadisə rayonun Sarıtəpə kəndində baş verib.
Kənd sakini, 52 yaşlı R.Hümbətova həyətyanı sahəsində işləyən zaman onu ilan sancıb. Qadın xəstəxanaya yerləşdirilib, ona ilan zəhəri əleyhinə zərdab vurulub. Pepperoni pizza
Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Telegram kanalımız