Yəmənin üsyançı hərəkatı Ənsar Allah (Husi) tərəfdarları İsraildə bir neçə hədəfə pilotsuz təyyarələrlə zərbələr endirib.
Doğru.az xəbər verir ki, bu barədə qiyamçıların yaratdığı silahlı qüvvələrin hərbi sözçüsü Yəhya Sarı “Əl-Masirah” telekanalının efirində açıqlama verib. Onun sözlərinə görə, zərbələrdən biri Hayfa limanına endirilib.
Bundan əlavə, cümə günü – avqustun 1-də husilər İsrailin Ben Qurion hava limanına hipersonik ballistik raketlə növbəti zərbə endirdiklərini bəyan ediblər.
DOĞRU.AZ