İran Xarici işlər nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranın nüvə proqramı ilə bağlı böhranın həlli üçün ABŞ ilə birbaşa danışıqlar aparmayacağını açıqlayıb.
Sfera.az xarici mediaya istinadÉ™n xÉ™bÉ™r verir ki, nazirlik rÉ™smisi hÉ™ftÉ™lik mÉ™tbuat konfransı zamanı jurnalistin sualına cavab olaraq, “Xeyr, bundan söhbÉ™t gedÉ™ bilmÉ™z” ifadÉ™sini iÅŸlÉ™dib.
Qeyd edək ki, bu il Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında nüvə məsələsinə dair 5 raund dolayı danışıqlar keçirilib. Lakin İsrailin İrana qarşı hərbi əməliyyata başlaması və ABŞ-nin İranın nüvə obyektlərinə zərbələr endirməsi səbəbindən bu proses nəticəsiz qalıb.
Bununla yanaşı, Avropa üçlüyünün- Böyük Britaniya, Almaniya və Fransa nümayəndələrinin də Tehranla apardıqları danışıqlar yeni razılaşma ilə nəticələnməyib.
Fidan Hacızadə
Sfera.az