"Araz-Naxçıvan" və "Sabah"ın Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri dəqiqləşib.
"Football-plus.az" xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində bəlli olub.
Masazır təmsilçisi 3-cü təsnifat mərhələsində Bolqarıstanın "Levski" (Sofiya) kollektivini mübarizədən kənarlaşdırsa, "AZ Alkmaar" (Niderland) - "Vaduts" (Lixtenşteyn) cütünün qalibi ilə, Naxçıvan kollektivi isə 3-cü təsnifat mərhələsində Bolqarıstanın "Omoniya" (Kipr) kollektivini mübarizədən kənarlaşdırsa, Avropa Liqasında PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) cütünün məğlubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu mərhələnin ilk oyunları avqustun 21-də, cavab görüşləri avqustun 28-də olacaq.