“Sabah”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri dəqiqləşib.
Tribunainfo.az-ın məlumatına görə, bu, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində bəlli olub.
Bakı təmsilçisi III təsnifat mərhələsində Bolqarıstanın “Levski” (Sofiya) kollektivini mübarizədən kənarlaşdırsa, “AZ Alkmaar” (Niderland) – “Vaduts” (Lixtenşteyn) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu raundun ilk oyunları avqustun 21-də, cavab görüşləri avqustun 28-də olacaq.