"Araz-Naxçıvan" və "Sabah"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri dəqiqləşib.
Rekord.az xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində bəlli olub.
Bakı təmsilçisi 3-cü təsnifat mərhələsində Bolqarıstanın "Levski" (Sofiya) kollektivini mübarizədən kənarlaşdırsa, "Alkmar" (Niderland) - "Vaduts" (Lixtenşteyn) cütünün qalibi ilə, Naxçıvan kollektivi isə 3-cü təsnifat mərhələsində "Omoniya" (Kipr) klubuna qalib gələrsə, Avropa Liqasında PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) cütünün məğlubu ilə üz-üzə gələcək.
Bu raundun ilk oyunları avqustun 21-də, cavab görüşləri avqustun 28-də olacaq.