"Qarabağ" güclü rəqibdir.
"Report" xəbər verir ki, bunu "Şkendiya"nın (Şimali Makedoniya) baş məşqçisi Jeton Beqiri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri ilk oyunundan öncə mətbuat konfransında deyib.
Mütəxəssis Ağdam təmsilçisinin güclü rəqib olduğunu bildirib:
"Öz gücümüzə inanırıq. Ümid ediririk ki, Çempionlar Liqasında öz yolumuza davam edəcəyik. "Qarabağ" güclü rəqibdir. Amma bizim də yüksək keyfiyyətə malik futbolçularımız var. Növbəti raunda vəsiqə qazanmağa çalışacağıq".
Qeyd edək ki, avqustun 5-də Şimali Makedoniyadakı “Todor Proeski” stadionunda baş tutacaq ilk görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçı isə saat 20:00-da başlayacaq.