AZ

"Şkendiya"nın kapitanı: Bir az da bəxtimiz gətirsə, niyə "Qarabağ"ı keçməyək?!

BAKI, 4 avqust. TELEQRAF

“Aydın məsələdir ki, “Qarabağ” fovoritdir. Amma favorit olan komanda həmişə qalib gəlmir”.

Teleqraf xəbər verir ki, bu sözləri Şimali Makedoniyanın “Şkendiya” komandasının kapitanı Besart İbraimi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Təcrübəli futbolçu sabahki qarşılaşmada uğurlu nəticə qazana biləcəklərini qeyd edib:““TNS” və “FCSB” ilə matçlarda olduğu kimi maksimumumuzu ortaya qoysaq, inanırıq ki, “Qarabağ”a qarşı da yaxşı nəticə əldə edə bilərik. Biz yaxşı kollektivik, çox çalışırıq. Rəqibi analiz etmişik. Uğurlu nəticəyə ümid edirik.”

Kapitan komandasının qələbə şansını yüksək dəyərləndirib: “Biz ilk oyunda “TNS” ilə gərginlik hiss edirdik. FCSB ilə isə rahat idik, güclü oynadıq. Ümid edirəm ki, “Qarabağ”la oyunda da psixoloji təzyiqdən uzaq olarıq. Bir az da bəxtimiz gətirsə, niyə onları keçməyək?!”

“Şkendiya”nın futbolçusu “Qarabağ”la oyunöncəsi azarkeşlərə də səslənib: “Azarkeşlərə Rumıniyada verdikləri dəstəyə görə təşəkkür edirəm. Sabah da onları stadionda çoxsaylı görmək istəyirik. Onların dəstəyi ilə hamımızın arzusunu gerçəkləşdirə bilərik”.

Qey edək ki, avqustun 5-də keçiriləcək “Şkendiya” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda olacaq.

Seçilən
42
21
teleqraf.com

10Mənbələr