EN

“Liverpul”un futbolçusu Fransaya transfer olunub

“Liverpul”un futbolçusu Tayler Morton karyerasını Fransada davam etdirəcək.

İdman.biz xəbər verir ki, klubu 22 yaşlı yarımmüdafiəçi “Lion”a transfer olunub.

Mortonla 5 illik müqavilə imzalanıb. Transferin dəyəri 10 milyon avro təşkil edib, əlavə 5 milyon avro isə bonuslar şəklində ödəniləcək. Futbolçunun növbəti satışından “Liverpul” 20 faiz pay alacaq.

Qeyd edək ki, Morton “Liverpul”un əsas komandasında 14 oyun keçirib.

İdman.biz

Chosen
32
2
idman.biz

3Sources