AZ

“Liverpul” onu “Lion”a satdı – RƏSMİ

“Liverpul”un futbolçusu Tayler Morton karyerasını Fransada davam etdirəcək.

Msport.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi “Lion”a keçib.

Mortonla 5 illik müqavilə imzalanıb. Transferin dəyəri 10 milyon avro təşkil edib, əlavə 5 milyon avro isə bonuslar şəklində ödəniləcək. Futbolçunun növbəti satışından “Liverpul” 20 faiz pay alacaq.

Qeyd edək ki, Morton “Liverpul”un əsas komandasında 14 oyun keçirib.

Seçilən
21
2
msport.az

3Mənbələr