“Liverpul”un futbolçusu Tayler Morton karyerasını Fransada davam etdirəcək.
QOL.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi "Lion"a keçib. Bu barədə Liqa1 klubunun mətbuat xidməti məlumat yayıb.
Mortonla 5 illik müqavilə imzalanıb. Transferin dəyəri 10 milyon avro təşkil edib, əlavə 5 milyon avro isə bonuslar şəklində ödəniləcək. Futbolçunun növbəti satışından “Liverpul” 20 faiz pay alacaq.
Morton “Liverpul”un əsas komandasında 14 oyun keçirib.