EN

Vətəndaşlara 108 milyon manatdan çox ƏDV geri qaytarıldı

BAKI, 6 avqust. TELEQRAF

Bu ilin yanvar-iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdikləri tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılan həcmi 108 milyon 600,4 min manatdan çox olub.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Cari ilin 7 ayında xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 5 milyon 874 min manat təşkil edib.

Chosen
143
8
teleqraf.com

10Sources