EN

Şəmkirdə yol qəzasında 7 nəfər ölüb, 6 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB-3

07.08.2025-ci il tarixində saat 05:00 radələrində Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2-si kişi, 3-ü qadın olmaqla, 5 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə, 1 nəfər isə Gəncə Birləşmiş Şəhər Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yaralılara bədənin və üzün müxtəlif dərəcəli, çoxsaylı açıq yaraları, qapalı kəllə-beyin və müştərək travma diaqnozları təyin edilib.

1975-ci il şəxsin (qadın) müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində, 1970 (qadın) və 1995-ci il təvəllüdlü (kişi) şəxslərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. 1969-cu il təvəllüdlü (kişi) şəxs öz istəyilə, iltizamnaməsi alınaraq tibb müəssisəsindən buraxılıb.

2004-cü il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 1969-cu il təvəllüdlü şəxsə isə başın və alınıb çapılmış yarası diaqnozu təyin olunub.

Vəziyyəti stabil qiymətləndirilən şəxsin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir.

***

09:40

Şəmkirdə 7 nəfərin öldüyü ağır qəzaya səbəb sürücünün ürək tutması olub.

APA-nın yerli bürosunun məlumatına görə, sürücü Arif Bağırovun sükan arxasında ürəktutmasından dünyasını dəyişdiyi ehtimal olunur.

***

09:06

Şəmkirdə ağır qəzada ölənləri adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, ölənlərin 4-ü kişi, 3-ü qadındır:

- 1992-ci il təvəllüdlü Şadət Bayramov,

- 1975-ci il təvəllüdlü Bəsti Nəbiyeva,

- 1977-ci il təvəllüdlü Aydın Pənahov,

- 1962-ci il təvəllüdlü Qızxanım Tomayeva,

- 2008-ci il təvəllüdlü Kənan Məmmədov,

- 1978-ci il təvəllüdlü Fəxriyyə Novruzova

- 1966-ci il təvəllüdlü Arif Bağırov.

***

08:51

Şəmkir rayonunda 7 nəfərin öldüyü ağır yol qəzasında xəsarət alanların adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, yaralananlar arasında Ağstafa və Bakı sakinləri, həmçinin bir Gürcüstan vətəndaşı da var:

- M.Qəribov – 1995-ci il təvəllüdlü, Ağstafa rayon sakini

- N.Qəribova – 2004-cü il təvəllüdlü, Ağstafa rayon sakini

- K.Məmmədov – 1969-cu il təvəllüdlü, Ağstafa rayon sakini

- Ş.Pənahova – 1975-ci il təvəllüdlü, Bakı şəhər sakini

- B.Gözəlova – 1970-ci il təvəllüdlü, Gürcüstan vətəndaşı

Yaralılardan K.Məmmədovun vəziyyəti ağır olduğundan o, Gəncə şəhər xəstəxanasına aparılıb.

Qeyd edək ki, ölənlərin də bir neçəsinin Ağstafa rayon sakinləri olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.


***
08:22

Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, Bakıdan Qazaxa hərəkət edən "Mercedes" markalı "Sprinter" sərnişin mikroavtobusu yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində 7 nəfər hadisə yerində həyatını itirib. İlkin məlumata görə, ölənlərin əksəriyyəti qadınlardır.

Qəzada çox sayda sərnişin xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Şəmkir və Gəncə şəhər xəstəxanalarına çatdırılıb.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, araşdırma aparılır. Qəzanın səbəbləri dəqiqləşdirilir.



***
08:01

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza Bakı–Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, hərəkətdə olan mikroavtobus yük maşınına çırpılıb. Qəza nəticəsində 7 nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Şəmkirdə
Chosen
59
50
apa.az

10Sources