Bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu Demokrat.az-a açıqlamasında deyib.
O əlavə edib ki, münasibətlərdəki gərginliyin əsas səbəbkarı Bayden administrasiyası və onun ermənipərəst mövqeyi idi:
“Qısa müddətdə Azərbaycan düşməni dost etməyi bacardı. Cənubi Qafqaz regionunu ABŞ üçün daha önəmli bir geosiyasi məkan halına gətirdi. Bu, iki ölkə arasında münasibətlərdə tamamilə yeni bir mərhələnin başlanğıcıdır. Çünki Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda bölgədə tamamilə fərqli bir güc balansı və təhlükəsizlik arxitekturası formalaşıb. Azərbaycanın sayəsində Cənubi Qafqaz regionu 200 illik istismardan qurtularaq bu gün öz təhlükəsizlik sistemini özü inşa edir. Əgər bu prosesdə ABŞ da iştirak edəcəksə region tamamilə yeni bir mərhələyə qədəm qoyacaq. Bu, həm siyasi, həm iqtisadi, həm də diplomatik və humanitar baxımdan böyük əhəmiyyət kəsb edir. İqtisadi kontekstdə isə, bu gün dünyada ABŞ-ın təsir etmədiyi sahə yoxdur. Dünya iqtisadiyyatının cazibə mərkəzləri olan Çin, ABŞ və Avropa arasında qarşılıqlı iqtisadi əlaqələr mövcuddur”.
Leyla Turan
Demokrat.az
10Sources
-
yeniazerbaycan.comAzərbaycanın sülh gündəliyinin təsdiqi ( 20258787)
-
yenisabah.azBakı və İrəvan arasındakı razılaşmada gözdən qaçan məqam - Qarabağ detalı ( 20244036)
-
redaktor.azBakıda Ermənistanın, İrəvanda Azərbaycanın səfirliyi açılacaq Zərdüşt Əlizadə ( 20239869)
-
redaktor.az"Bakıda Ermənistanın, İrəvanda Azərbaycanın səfirliyi açılacaq" -Zərdüşt Əlizadə ( 20239842)
-
sesqazeti.azTarixi sülh və yeni perspektivlər ( 20239572)
-
demokrat.az“ABŞ Azərbaycan əlaqələri yeni bir “qızıl dövrünü” yaşayır” ( 20239512)
-
aia.azTarixi Sülh və Yeni Perspektivlər ( 20239464)
-
demokrat.az“ABŞ-Azərbaycan əlaqələri yeni bir “qızıl dövrünü” yaşayır” ( 20239380)
-
ikisahil.azAzərbaycan-ABŞ Strateji tərəfdaşlığı tarixi sülhü və yeni qlobal perspektivləri ehtiva edir ( 20238879)
-
yenisabah.azBir-birini güc tətbiqi ilə hədələməyəcəklər - Sülhü sazişinin tələbi ( 20237388)