AZ

Bakı və İrəvan arasındakı razılaşmada gözdən qaçan məqam - Qarabağ detalı

Politoloq Fərhad Məmmədov Vaşinqtonda paraflanaraq ictimaiyyətə təqdim edilən Azərbaycan–Ermənistan müqaviləsini həm iki ölkə ictimaiyyətinə, həm də xarici aktorlara prosesin şəffaflığının nümayişi kimi qiymətləndirib.

Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, Birgə Bəyannamədə qeyd olunan müddəalar yekun müqavilədə də əksini tapacaq və sənədin tam qəbulu Ermənistanda yeni Konstitusiya üzrə referendumun keçirilməsindən asılı olacaq.

Məmmədov bildirib ki, sənədin ABŞ-da qəbul olunması Bakının mövqeyinin məntiq və obyektivliyinə Vaşinqtonu inandıra bildiyini göstərir və bu mövqe Ermənistan rəhbərliyi tərəfindən də tanınır. pizza sifarişi

Müqavilə qarşılıqlı suverenlik və ərazi bütövlüyünün tanınmasını, ərazi iddialarının istisna edilməsini nəzərdə tutur. Bu öhdəliklər təkcə dövlətlərə deyil, həm də onların ərazisində fəaliyyət göstərən təşkilat və şəxslərə şamil ediləcək. Sərhədin müəyyənləşdirilməsində SSRİ-nin inzibati sərhədləri əsas götürüləcək ki, bu da Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması deməkdir.

Həmçinin oxuyun:

Azərbaycanla biz bunun uğrunda mübarizə aparırıq – Ukrayna səfiri

Sənəddə ölkələrin ərazilərinin üçüncü qüvvələr tərəfindən bir-birinə qarşı istifadə olunmaması barədə müddəa yer alıb. Politoloq bu bəndin xüsusilə Ermənistandakı Rusiya hərbi bazasına aid ola biləcəyini vurğulayıb. Sərhəd boyu Aİ missiyası kimi üçüncü tərəflərin iştirakına isə yol verilməyəcək.

Delimitasiya və demarkasiya işləri hökumətlərarası komissiya çərçivəsində aparılacaq, anklav və eksklav məsələləri də burada müzakirə ediləcək. İlk dəfə olaraq, sənəddə separatizmlə mübarizə ayrıca bənd kimi qeyd olunub və bunun üçün hər iki ölkədə qanunvericilik bazasının formalaşdırılması nəzərdə tutulur.

Müqavilə, həmçinin, tərəflərin üçüncü ölkələrlə sənədin bəndlərinə zidd öhdəliklər götürməsini qadağan edir, beynəlxalq məhkəmələrdə qarşılıqlı iddialardan imtina edilməsi barədə müddəa da əksini tapıb. Bütün mübahisələrin isə xüsusi ikitərəfli komissiyada dialoq yolu ilə həll olunması planlaşdırılır.

Politoloq sənədi çoxmənalı adlandırıb və onun bölgədə sabitliyin təminatına xidmət edə biləcəyini qeyd edib.


Telegram kanalımız
Seçilən
61
50
yenisabah.az

10Mənbələr